Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2 yüksək vəzifəli şəxs işdən çıxarıldı

2 yüksək vəzifəli şəxs işdən çıxarıldı

Tarix: 3 Oktyabr 2024 14:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin iki sədr müavini vəzifələrindən azad edilib.

Sonxeber.net modern.az-a istinadən bildirir ki, sədr müavinləri Cəmaləddin Quliyev və Rüfət Cavadov işdən çıxarılıb.

Agentlikdən məlumat saytımıza təsdiq ediblər. Bildirilib ki, hər iki şəxs başqa işə keçmələri səbəbi ilə öz ərizələri əsasında azad ediliblər.

Qeyd edək ki, Cəmaləddin Quliyev sözügedən vəzifəyə 6 iyul 2020-ci ildə, Rüfət Cavadov isə 17 avqust 2021-ci ildə təyin edilib.

Xatırladaq ki, Dövlət Məşğulluq Agentliyinin sədri Sadiq Əliyev bu ilin may ayında vəzifəyə təyin edilib.


Etiketlər:  yüksək vəzifəli şəxs işdən çıxarıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ