Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib

Səfir: Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib

Tarix: 3 Oktyabr 2024 20:24

Almaniya Azərbaycanı COP29 sədri kimi ilk gündən dəstəkləyib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman Almaniyanın Birlik Gününə həsr olunmuş tədbirdə deyib.

"Biz Azərbaycanı bu prosesdə ilk gündən dəstəkləyirik, çünki biz bu tədbiri, burada hədəflərə nail olmağı planetimiz üçün bir fürsət kimi görürük. COP29-un bir uğura çevrilməsi Almaniyanın marağındadır", deyə səfir bildirib.

Diplomat deyib ki, Almaniya yaşıl enerji keçidini, yaşıl iqtisadiyyatı dəstəkləyir və bu istiqamətdə fəal addımlar atır: "COP29 həm də Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı olub və bu, ümidvericidir. Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındır, Almaniya bu prosesdə hər iki ölkəni dəstəkləyir. Biz inanırıq ki, Cənubi Qafqazda yaxın gəlcəkdə sülh bərqərar olacaq və Almaniya olaraq prosesə töhvə verməyə hazırıq".


Etiketlər:  Səfir Almaniya Azərbaycanı COP29 sədri kimi gündən dəstəkləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ