Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan qaçıb, Ukrayna ordusuna qoşulan siyasətçi həlak oldu

Rusiyadan qaçıb, Ukrayna ordusuna qoşulan siyasətçi həlak oldu

Tarix: 6 Oktyabr 2024 21:52

Tanınmış rusiyalı müxalifət fəalı İldar Dadin Xarkov vilayətində Ukrayna silahlı qüvvələrinin tərkibində gedən döyüşlərdə həlak olub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Larina X sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, onun ölümünü "İnsayder"ə Sibir batalyonu və Rusiya Azadlıq Legionundakı döyüş yoldaşları təsdiqləyib.

Qeyd edək ki, İldar Dadin Rusiyada mitinqlərin keçirilməsi qaydalarını ikiqat pozmaqda təqsirli bilinən ilk şəxsdir. 2016-cı ilin martında o, bu iş üzrə 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Dadin 2017-ci ilin fevralında azad edilib. 2023-cü ilin əvvəlində o, Ukrayna silahlı qüvvələrinə qoşulmaq və Rusiya ordusuna qarşı döyüşmək üçün Ukraynaya gedib.

Milli.Az


Etiketlər:  Rusiyadan qaçıb Ukrayna ordusuna qoşulan siyasətçi həlak oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ