Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynanı NATO-ya daxil olmağa qoymayacağam

Ukraynanı NATO-ya daxil olmağa qoymayacağam

Tarix: 7 Oktyabr 2024 09:58

Partiyamızın parlamentdəki deputatlarının Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləməyəcəyinə əminəm.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso deyib.

"Nə qədər ki, mən Slovakiya hökumətinin başçısıyam, siyasi nəzarətim altında olan parlament üzvlərini elə istiqamətləndirəcəyəm ki, onlar heç vaxt Ukraynanın NATO-ya üzvlüyünə razı olmasınlar", - o bildirib.

Fitsonun fikrincə, Ukraynanın NATO-ya daxil olması Üçüncü Dünya müharibəsinin başlanğıcı olacaq.


Etiketlər:  Ukraynanı NATO daxil olmağa qoymayacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ