Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2024 12:34
Qazaxıstanın Kostanay vilayətinin Rudnıy şəhərində 4 işçi ölüb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Departamenti məlumat yayıb.
Onların dərinliyi 5 metr olan bunkerdə təmizləmə işləri apardıqları bildirilib.
"Fövqəladə Hallar Departamenti, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Xilasedicilər işçilərin meyitlərini bunkerdən çıxarıblar", - məlumatda qeyd olunub.
Hadisənin baş vermə şəraiti müəyyənləşdirilir. İşçilərin ölüm səbəbləri hələlik məlum deyil.
Vilayət prokurorluğu polisin ibtidai araşdırmaya başladığını bildirib.