Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İradə İsakı tanımıram''

''İradə İsakı tanımıram''

Tarix: 9 Oktyabr 2024 11:20

"Avroviziya 2011" qalibi Nigar Camal jurnalist İradə İsakın onunla bağlı səsləndirdiyi qalmaqallı fikirlərə cavab verib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni bu barədə o, ARB TV-də yayımlanan "Pərvizə görə" proqramında danışıb.

Nigar İ.İsakın "Dilimizdən, ənənəmizdən uzaq olan Nigar Camal münsif olmamalıdır" sözlərinə belə reaksiya verib:
"Maska"ya nə aidiyyəti var? Orada xarici mahnılar da səslənirdi. İkincisi, bu, şoudur. Biz şou yaratmalıydıq. İradə İsakı heç tanımıram".
Qeyd edək ki, İ. İsak Nigarın "Maska"da jüri olması ilə bağlı "Verilişdə Nigar Camalın ekspert kimi iştirakı doğru deyil. Tamam, xanım "Avroviziya" qalibidir, bu, öz yerində. Amma Azərbaycan musiqisindən, dilindən, ənənələrindən uzaq insandır. Demək olar ki, onu az adam tanıyır. Əgər özləri demiş, məşhur xəfiyyələrin işi qəhrəmanın kimliyini tapmaqdırsa, bu iş qətiyyən onluq deyil. Hər dəfə də digər iştirakçıların ağzından çıxanları təkrarlamaqla məşğul olur" sözlərini deyib.


Etiketlər:  İradə İsakı tanımıram


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ