Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nə Emin, nə də Ramil... - Millinin kapitanı o oldu

Nə Emin, nə də Ramil... - Millinin kapitanı o oldu

Tarix: 11 Oktyabr 2024 20:14

Futbol üzrə Azərbaycan milli komandasının kapitanı dəyişib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, yığmanın baş məşqçisi  Fernandu Santuş kapitanlıq bazübəndini "Qarabağ"ın futbolçusu Abbas Hüseynova verib.

Belə ki, bir qədər sonra Millətlər Liqası çərçivəsində başlayacaq  Estoniya  - Azərbaycan matçında millimizi meydana kapitan kimi Abbas Hüseynov çıxaracaq.

Qeyd edək ki, Slovakiya ilə matçda millini kapitan kimi meydana Elvin Camalov çıxarmışdı. Yığmanın üçüncü kapitanı Ramil Şeydayevlə Emin Mahmudovun yoxluğunda bu hüquqa yiyələnmişdi.

Eminlə Ramil isə İsveçlə matçda penaltidən istifadə etmək üstündə mübahisə etdiyi üçün, baş məşqçi tərəfindən start heyətə daxil edilməməklə bir növ cəzalandırılmışdı.


Etiketlər:  Emin Ramil Millinin kapitanı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ