Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2019 00:48
"France Football" nəşri tərəfindən ilin ən yaxşı futbolçusuna verilən "Qızıl top" mükafatının builki sahibi müəyyənləşib.
Qol.az xəbər verir ki, qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidir. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb.
Qeyd edək ki, "Qızı top"a əsas namizəd kimi Messidən başqa, Kriştiano Ronaldo ("Yuventus", Portuqaliya) və Vircil van Deyk ("Liverpul", Niderland) də göstərilirdi.