Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrail İranda bu hədəfləri vuracaq: hücum bu gün ola bilər

İsrail İranda bu hədəfləri vuracaq: hücum bu gün ola bilər

Tarix: 12 Oktyabr 2024 22:30

İsrail 1 oktyabr raket hücumuna cavab olaraq İrandakı hədəflərini daraldıb. Hədəflər siyahısına İranın nüvə obyektləri daxil deyil.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "NBC Nyus" məlumat yayıb.

İsrailin cavabı İranın hərbi və enerji infrastrukturunu hədəfə alacaq. Lakin İsraildə hələlik yekun qərar verilməyib.

Vaşinqton İsrailin cavab olaraq İranı nə vaxt vuracağını bilmir, lakin bu, əmr verilən kimi istənilən vaxt baş verə bilər. ABŞ rəsmiləri İsrailin hətta tarixlə bağlı razılığa gəlib-gəlmədiyini də bilmirlər.

Eyni zamanda, ABŞ və İsrail nümayəndələri İrana zərbənin Yom Kippur bayramı zamanı, yəni bu gün baş verə biləcəyinə inanırlar.


Etiketlər:  İsrail İranda hədəfləri vuracaq hücum gün bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ