Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ senatorları ölkə rəhbərliyini Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

ABŞ senatorları ölkə rəhbərliyini Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Tarix: 3 Dekabr 2019 08:52

Bakı. Trend:

Amerikalı senatorlar Lindsi Qrem (Cınubi Karolina ştatından respublikaçı) və Kris Van Hollen (Merilend ştatından demokrat) ABŞ administrasiyasını Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, senatorlar bu barədə məktubu ABŞ dövlət katibi Maykl Pompeoya ünvanlayıblar.

Məktubda bildirilir: "Səbir etmə vaxtı çoxdan bitib. Qanunu işə salmaq vaxtı artıq gəlib. Əgər biz bunu etməzsək, bu başqa ölkələr üçün dəhşətli siqnal olacaq ki, onlar da hər hansı bir nəticəsiz ABŞ-ın qanunlarının icrasından yayına bilərlər".

Qeyd edək ki, Türkiyəyə qarşı sanksiyaların tətbiq olunması bu ölkənin Rusiyadan S-400 zenit-raket kompelikslərini alması ilə əlaqədar istənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ senatorları ölkə rəhbərliyini Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ