Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paris Moda Həftəsində qalmaqal: Nikol Kidman məşhur aktrisanı itələdi - VİDEO

Paris Moda Həftəsində qalmaqal: Nikol Kidman məşhur aktrisanı itələdi - VİDEO

Tarix: 15 Oktyabr 2024 08:55

Moda sənayesinin ən çox gözlənilən hadisələrindən biri olan Paris Moda Həftəsi bu il qalmaqalsız ötüşməyib. Belə ki, məşhur "Balenciaga" brendinin nümayişində Hollivud aktrisaları Nikol Kidman və Salma Hayek arasında xoşagəlməz anlar yaşanıb.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Daily Mail" nəşri kadrlar yayıb.

Görüntülərdə Nikol Kidmanın Salma Hayek və ifaçı Keti Perrinin yanında dayanması əks olunub. Hayek Kidmanı kameralara tərəf çevirmək istəyəndə, o, həmkarının əlini itələyib. Bundan sonra Nikol Keti Perriyə yaxınlaşıb, onun yanaqlarından öpüb və sağollaşıb.


Etiketlər:  Paris Moda Həftəsində qalmaqal Nikol Kidman məşhur aktrisanı itələdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ