Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Oktyabr 2024 13:46
Aktyor Oktay Kaynarca illər sonra "Kurtlar vadisi" serialındakı "Süleyman Çakır" obrazından danışıb.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, o serilada "Çakır" obrazının anidən öldürülməsinin çəkiliş heyətinin xoş qarşılamadığını deyib.
Aktyor həmin ölüm səhnəsinin yaxşı çəkilmədiyini də qeyd edərək hər kəsi şoka salıb:
"Osman bəyin kefi yaxşı deyildi. Çakır obrazı serialda öldürüləcəkdi. Mənə dedi ki, belə bir şey var. Dedim ki, canınız sağolsun. Nəticədə bu bir obrazdır. Amma çəkiliş meydanında heç kimin kefi yox idi. Mən onları əyləndirməyə çalışırdım. Biz əsas həmin səhnənin yaxşı çəkilməsinə çalışmalıydıq. Amma anladığım qədəri ilə o səhnə yaxşı çəkilməyib".
Ətraflı videoda: