Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ səfirliyi Damlanın vizasını ləğv etdi - SƏBƏB

ABŞ səfirliyi Damlanın vizasını  ləğv etdi - SƏBƏB

Tarix: 16 Oktyabr 2024 12:15

"O afişalar nazirliyin email ünvanına göndərildi, bundan sonra ABŞ səfirliyi vizamı ləğv etdi, bunu edən axı nə qazanır?"

Sonxeber.net xəbər verir ki, bu sözləri müğənni Damla "ARB"də yayımlanan "Günə bax" verilişində deyib. 

O, Amerikada təhsil alan oğlu İbrahimi bu səbəbdən 10 aydır ki, görə bilmədiyini deyib: "Amerikada yaşayan həmyerlilərimiz qərar alıblar ki, Novruz bayramı ərəfəsində konsert keçirsinlər. Mən həm oğlum İbrahimin yanına gəlim, həm də konsertlərdə çıxış edim. Dedim ki, hələ ki vizam yoxdur, amma yaxın günlərdə bununla bağlı səfirliyə müraciət edəcəyəm. Dedilər ki, çalışın bu məsələni tezləşdirin. Vizamı aldım, ancaq onlara dedim ki, mən ora tək gəlib, konsert verə bilmərəm, bu, mümkünsüzdür. Onlar səbrsizlik etdilər və mənə deməmiş konsertin afişasını hazırladılar və biletləri satışa çıxartdılar. Halbuki mən onlarla razılaşmamışdım". 

Müğənni bildirib ki, vizası olduğu halda, onu yenidən səfirlikdən çağırıblar: "Artıq pasportumda vizamın möhürü vardı. Yaxınlaşan kimi səfirlik mənə konsertin afişalarını göstərdi və dedi ki, bəs, siz deyirsiniz ki, mən oğlumu görməyə gedirəm, amma siz bizi aldadırsınız və oraya konsert verməyə gedirsiniz. Onlara dəfələrlə izah etdim ki, Amerikaya övladımı görməyə gedirəm. Oğlum İbrahim orada təhsil alır. O afişaları nazirliyə göndərənin qazandığı sadəcə bir ananın ahıdır... 

O, qeyd edib ki, bu hadisələrdən sonra viza üçün ikinci dəfə də müraciət etsə də, yenə eyni halla qarşılaşıb: "Səfirlikdə xanımla üz-üzə dayanmışıq. Mənə etinasız və soyuq davranış göstərdi, sanki mən Amerikaya gəzməyə, turist kimi gedirəm. İmtina sənədinə baxanda dondum qaldım, izah edə bilmədim ki, mən oğlum üçün darıxıram və qanunla da oraya getməyə hüququm var. Kiminsə göndərdiyi afişa kağızına görə siz necə mənim vizamı ləğv edib imkan vermirsiniz ki, övladımın yanına gedim? Mənə dedi ki, əgər, övladınız üçün darıxırsınızsa, ona deyin ki, özü sizin yanınıza gəlsin. Dərsləri üçün gələ bilmədiyini desəm də, söylədi ki, tətildə gələr".


Etiketlər:  ABŞ səfirliyi Damlanın vizasını ləğv etdi SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ