Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2019 11:24
Bakı. Samir Əli - Trend:
Ermənistanda rus yazıçısı Aleksandr Sergeyeviç Qriboyedovun heykəlinə boya tökülərək yararsız vəziyyətə salınması Ermənistanla Rusiya arasında münasibətlərin get-gedə daha da pisləşməsindən xəbər verir.
Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
Onun sözlərinə görə, son hadisələr göstərir ki, artıq bu məsələdə şovinistlər bir qədər də irəli gediblər və Rusiyaya qarşı etirazlarını ifadə etmək üçün dekabrın 2-də erməni millət vəkilinin oğlu belə bir addım atıb:
"Həmin şəxs etirazını Qriboyedovun heykəlinin üzərinə boya tökməklə bildirib. O, məsələni sosial şəbəkədə də ictimailəşdirərək açıq etiraz nümayiş etdirib. 2 dekabr Ermənistanın bolşevikləşdirilməsi tarixidir və həmin tarixdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Bakıya səfər edib. Bütün bunlar onu göstərir ki, artıq Rusiya ilə Ermənistan münasibətləri kifayət qədər gərginləşib. Özlərini müttəfiq adlandıran bu dövlətlərin münasibətləri korlanmaq üzrədir. Rusiyanın Ermənistanın indiki hakimiyyətindən narazılığı olduqca böyükdür və istina edilmir ki, Qriboyedovun heykəlinə qarşı bu münasibət Ermənistanın indiki hakimiyyətinin xeyir-duası ilə sərgilənir. Bu əslində Ermənistanın indiki hakimiyyətinin Rusiya dövlətinə və hakimiyyətinə olan münasibətin ifadəsidir".
Qeyd edək ki, Yerevanda rusiyalı diplomat və dramaturq Aleksandr Qriboyedovun heykəlinə boya tökülüb. Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu yerli millətçi fəal Şagen Arutyunyan bu barədə öz “Facebook” səhifəsində yazıb. Ş.Arutyunyan bu addımı bir müddət əvvəl Rusiyada erməni faşist Njdenin xatirə lövhəsinin qara boya ilə rənglənməsinə cavab olaraq atdığını bildirib.
Ermənistan polisi insidentlə cinayət işinin açılması məsələsini nəzərdən keçirdiyini deyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin