Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Google Maps'' xəritələrində bu ərazidə sirli ''qapı'' aşkarlandı

''Google Maps'' xəritələrində bu ərazidə sirli ''qapı'' aşkarlandı

Tarix: 17 Oktyabr 2024 05:14

Sosial şəbəkə istifadəçiləri Antarktidanın peyk görüntülərində insanlara "giriş qapısı"nı xatırladan bir obyekt aşkar ediblər.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, görüntü sosial şəbəkə istifadəçiləri tərəfindən çoxlu müzakirəyə səbəb olub.

Bildirilib ki, "qapı" Yaponiyaya məxsus Şova stansiyasının cənub-şərqində yerləşir. Şərhçilər bunun "Bigfut"un evi və ya "Star Trek"dən olan "şatl" ola biləcəyi barədə öz nəzəriyyələrini irəli sürməyə başlayıblar.

Lakin alimlər obyekt barədə elmi izah veriblər. Nyukasl Universitetinin qlyasiologiya professoru Betan Devis şəkildəki məlumatları təhlil edərək izah edib ki, bu, dayaz sularda ilişib qalmış və indi əriyən bir aysberq ola bilər.

Vulkanoloq professor Con Smelli isə əlavə edib ki, "qapı"nın yuxarı hissəsi buzun əriməsi nəticəsində yarana bilər.

"Mən demək olar ki, əminəm ki, bu sadəcə təbii bir hadisədir və burada narahat olmalı bir şey yoxdur", - deyə o yekunlaşdırıb.


Etiketlər:  Google Maps xəritələrində ərazidə sirli qapı aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ