Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“One Direction”ın ulduzu faciəvi şəkildə öldü - Yenilənib - FOTO

“One Direction”ın ulduzu faciəvi şəkildə öldü - Yenilənib - FOTO

Tarix: 17 Oktyabr 2024 09:05

08:57

Müğənni Liam Peynin qaldığı hotel otağından fotolar yayılıb.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, sözügedən görüntüləri Argentina mətbuatı yayıb.

Məlum olub ki, alkoqol və ya narkotikin təsiri altında olduğu ehtimal edilən Liam otağa da zərər yetirib.

Otaqdakı televizorun ekranı tamamilə dağıdılıb, hamamda isə bəzi maddələr aşkar edilib.

----------
06:37


Britaniyalı müğənni və "One Direction" qrupunun keçmiş üzvü Liam Peyn Argentinanın paytaxtı  Buenos-Ayresdəki hotelin qarşısında ölü tapılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "La Nacion" nəşri məlumat yayıb.

Bildirilib ki, 31 yaşlı sənətçi Palermo ərazisində hotelin üçüncü mərtəbəsindən yıxılıb.

Qeyd edək ki, Peyn Britaniyanın "One Direction" qrupunda çıxışı ilə məşhurlaşıb. O, qrupda Harri Staylz, Lui Tomlinson, Nayl Horan və Zeyn Maliklə birgə çıxış edirdi. Qrup 2016-cı ildə dağıldı, bundan sonra Peyn solo çıxış etməyə başlayıb.


Etiketlər:  Directionın ulduzu faciəvi şəkildə öldü Yenilənib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ