Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu qonorar heç bir azərbaycanlı aktyora təklif olunmayıb”

“Bu qonorar heç bir azərbaycanlı aktyora təklif olunmayıb”

Tarix: 17 Oktyabr 2024 06:35

""Qara-qura işlər" kifayyət qədər bahalı layihədir. Bu serialın bir bölümü 34 saat çəkə bilir. Amma başqa cür də mümkün deyil. Keyfiyyətli iş görmək üçün məcbursan daha da ağır işləyəsən. Çəkilişlərimiz səhər saat 10:00-da başlayırıq və gecə saat 05:00-da bitir. Sabah bir də... Çox yoruğun oluruq amma başqa cür mümkün deyil".

Sonxeber.net bildirir ki, bu sözləri aktyor və ssenarist Elməddin Cəfərov OLAY-a özəl müsahibəsində deyib.

Yeni mövsümdən etibarən ATV-də "Qara-qura işlər" serialı ilə tamaşaçıların qarşısına çıxan Elməddin sözügedən layihənin kifayyət qədər xərci və büdcəsi olduğunu söyləyib:

"Hər bölüm üçün büdcə dəyişir. Amma qəbul etmək lazımdır ki, hazırda televiziya məkanında yayımlanan seriallar içində ən bahalılardan biridir".

Aktyor bildirib ki, bir il əvvəl Türkiyədə filmə çəkilmək təklifi alsa da, buna razılıq verməyib:

"2023-cü ildən sonra mənə Türkiyədə hansısa bir filmdə çəkilmək təklifi gəlməyib. Gəlsə də belə istəmirəm. Amma ötən ilin avqust ayında büdcəsi yetərincə böyük bir film təklifi gəldi. Lakin imtina etdim. Çünki ekran işinin ssenarisi heç xoşuma gəlmədi".

"Həmin filmdə çəkilməyiniz üçün nə qədər qonorar sizə təklif olunmuşdu?" sualına Elməddin belə cavab verib:

"Ağlınıza gəlməyəcək bir məbləğ idi. Hətta deyərdim ki, heç bir azərbaycanlı aktyora bu qədər qonorar təklif olunmayıb. Vallah, hə... Amma söylədiyim ki, ssenari xoşuma gəlmədi və o təklifi rədd etdim. Problem də o idi ki, çəkilişlər 3 ay davam edəcəkdi. Mən də 3 ay Türkiyədə qala bilmərəm. Canımızdır, ikinci Vətənimizdir amma uzağı orada bir ay qalmaq olar. Orada da qalanda Bakı üçün çox darıxıram".


Etiketlər:  qonorar heç azərbaycanlı aktyora təklif olunmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ