Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə tabutu açıq qoyub, ölən şəxsə makiyaj edirlər - Qəribə adət

Bu ölkədə tabutu açıq qoyub, ölən şəxsə makiyaj edirlər - Qəribə adət

Tarix: 20 Oktyabr 2024 14:10

Filmlərdə, seriallarda və ya sosial mediada gördüyümüz kimi, amerikalılar dəfn mərasimləri zamanı tez-tez tabutları açıq qoyurlar. Bizə kifayət qədər qəribə görünən bu vəziyyətin onlar üçün normal olduğunu deyə bilərik. Bəs bu davranışın səbəbi nədir?

Sonxeber.net lent.az-a istinadən bu barədə məlumat verir.

Açıq tabutların istifadəsi, xüsusən Amerikanın bəzi yerlərində geniş yayılıb. Ölünün açıq tabutda vida mərasiminə çıxarılması praktikasına dünyanın başqa yerlərində də rast gəlinir.

Amerikada mərhumla üstü açıq tabutda son dəfə vidalaşmaq istəyi həm yas prosesini asanlaşdıracağı düşünüldüyü üçün, həm də dəfn xidmətləri böyük bir sənaye sahəsinə çevrildiyi üçün inkişaf edib.

Bir çox amerikalılar mərhumu son dəfə görməyin onun doğmalarını rahatlandırdığını düşünürlər.

Keşişlər isə hesab edirlər ki, belə vida hətta mərhumun ruhunun öz ölümünü tez qəbul etməsinə kömək edə bilər.

Bəzi hallarda mərhumun ölümü ilə bağlı şübhəsi olanlar üçün açıq tabut qəti dəlillər təqdim etməklə şübhələri aradan qaldırmağa kömək edir. Bir sözlə, açıq tabutun olması yas prosesində həm emosional, həm də psixoloji dəstək verir.

Amerikalı dəfn xidmətləri mərhumun mümkün qədər səliqəli görünməsinə böyük diqqət yetirir. İşçilər meyitin üzərinə makiyaj tətbiq etməklə qançırlar və xəsarətləri ört-basdır edirlər, hətta işıqlandırma da diqqətlə tənzimlənir. Meyit uzun müddət yaxşı görünsün deyə, ona xüsusi iynələr vurulur.

Əlbəttə, hər kəs açıq tabuta üstünlük vermir. Xüsusilə bəzi ailələr bədənə kimyəvi maddələrin vurulması ilə narahat ola bilər. Bu insanlar mərhum qohumlarının rahat görünüşündən çox təbii vəziyyətinə önəm verirlər.


Etiketlər:  ölkədə tabutu açıq qoyub ölən şəxsə makiyaj edirlər Qəribə adət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ