Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni 3-cü ərindən boşanır - FOTO

Məşhur müğənni 3-cü ərindən boşanır - FOTO

Tarix: 21 Oktyabr 2024 11:12

Rusiyanın estrada ulduzu Anna Sedokova əri, latviyalı basketbolçu Yanis Timma ilə boşanmaq üçün rəsmi müraciət edib. 

Sonxeber.net olay-a istinadən bildirir ki, bu barədə "StarHit" nəşri məhkəmə sənədlərinə əsasən məlumat yayıb.  

32 yaşlı Yanis Timma və 41 yaşlı Anna Sedokova son illərdə bir neçə dəfə ayrılsalar da, sonra barışıblar. Bu yaxınlarda, başqa bir mübahisədən sonra, Timma həyat yoldaşı ilə barışmaq üçün ABŞ-dan Moskvaya uçub, lakin görünür, bu mümkün olmayıb.

Bundan başqa, Timma bir gün əvvəl "Instagram"da çoxlu sedativ dərman paketlərinin əks olunduğu qəribə bir şəkil yerləşdirib və bu onun izləyicilərini qorxuya salıb. Onlar idmançıya dəstək üçün dostlarına müraciət etməyini təvsiyyə ediblər.

Qeyd edək ki, Anna Sedokova və Yanis Timma 2020-ci ildə evləniblər. Bu, müğənninin üçüncü evliliyidir. O, Belarus millisinin futbolçusu Valentin Belkeviç, eləcə də iş adamı Maksim Çernyavski ilə evlənib. Annanın əvvəlki münasibətdən üç övladı var, Yanis Timmanın da ilk evliliyindən bir uşağı var.


Etiketlər:  Məşhur müğənni ərindən boşanır FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ