Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Oktyabr 2024 12:30
Aleksey Navalnının dul arvadı Yuliya Navalnaya ölkəyə gəldikdən sonra Rusiya prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində bəyan edib.
"Mənim məqsədim ölkədə dəyişiklikləri yaxınlaşdırmaq və mümkün etməkdir. Əgər Rusiyaya qayıtsam, prezidentliyə namizəd kimi seçkiyə gedəcəyəm", - deyə Navalnaya bildirib.
O, həmçinin belə bir qərarın bütün risklərini dərk etdiyini və ölkəyə gəldikdən sonra həbs olunma təhlükəsi ilə üzləşəcəyini dərk etdiyini deyib.
Xatırladaq ki, Moskvanın Basmannı rayon məhkəməsi Yuliya Navalnayanı qiyabi həbs edib. O, "ekstremist cəmiyyətdə iştirak" ilə bağlı cinayət işində təqsirləndirilir.
Bundan əlavə, Navalnaya beynəlxalq axtarışa verilib. Ona iki ay müddətinə həbs qətimkan tədbiri seçilib. Müddət Navalnayanın Rusiya ərazisinə ekstradisiya edildiyi və ya ölkədə saxlanıldığı andan hesablanacaq. Onun vəkilləri məhkəmənin qərarına etiraz edərək Navalnayaya seçilmiş qətimkan tədbirindən apellyasiya şikayəti veriblər. Lakin məhkəmə şikayəti rədd edib və hökmü qüvvədə saxlayıb.