Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış jurnalistlər həbsxanaya göndərilir

Tanınmış jurnalistlər həbsxanaya göndərilir

Tarix: 21 Oktyabr 2024 16:06

Tehran Məhkəmə Qərarlarının İcrası Şöbəsi iki jurnalistə - İlahə Məhəmmədi və Nilufər Həmidiyə elektron çağırış məktubu göndərib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərin vəkilləri məlumat yayıblar.

Məktubda hər iki jurnalistdən barələrində çıxarılan 5 il həbs cəzasının icrası və həbsxanaya köçürülmələri üçün 5 gün ərzində adıçəkilən şöbəyə getmələri istənilib.

Qeyd edək ki, "Şərq" və "Həm Mihən" qəzetlərinin əməkdaşları olan Nilufər Hamidi və İlahə Məhəmmədi 2022-ci ilin sentyabrından başlayan etiraz aksiyalarını işıqlandırdıqlarına görə həbs ediliblər.


Etiketlər:  Tanınmış jurnalistlər həbsxanaya göndərilir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ