Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2024 20:46
Gürcüstan hökuməti lazım gələrsə, istənilən qanuna yenidən baxmağa hazır olduğunu bildirib.
Sonxeber.net unikal-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Kobaxidze "Sky TG24" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, qanunlar hüquqi prinsiplərə uyğun gəlmədiyi təqdirdə dəyişdiriləcək:
"Əgər kimsə bizi konkret qanunun hüquqi prinsiplərə və ya Avropa ruhuna uyğun gəlmədiyinə inandırarsa, biz istənilən qərara yenidən baxmağa hazırıq, baxmayaraq ki, bu, səmimi müzakirələr tələb edir".