Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Biz görüşdük, bir yerdə əyləşdik, onu hiss etdim'' - Xalq artisti kürəkəni haqqında

''Biz görüşdük, bir yerdə əyləşdik, onu hiss etdim'' - Xalq artisti kürəkəni haqqında

Tarix: 9 Noyabr 2024 21:05

Xalq artisti Mələkxanım Eyubova müğənni kürəkəni Mərdan Kazımovla bağlı açıqlama verib.

Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, Mərdanla birgə qonaq olduğu "Zaurla Günaydın" verilişində danışıb:

"Heç vaxt inanmazdım ki, Nəzrin müğənni ilə ailə qurar. Çünki çox çətindir. Uşaqlıqdan övladlarıma da icazə vermədim ki, müğənnilik çətindir. Onlar da böyüyə-böyüyə gördülər ki, necə çətinliyi var. Üzünə demək olmasın, Nəzrinin seçimini Mərdanı görəndən sonra dedim, dedim, düzdür. Mən insan tanıyanam. Bu, birdən-birə olmadı, aylar, günlər. Biz görüşdük, bir yerdə əyləşdik, onu hiss etdim. Özünə də dedim ki, övladımı etibar edəcəyim insan sənsən. Fikirləşirdim ki, Nəzrin kimi övladı həyatda kimə etibar edə bilərəm? Hətta kiçik oğlum Nicat dedi ki, ana, mən Nəzrini ona etibar edirəm. Hətta kövrəldim. Dedim ki, Nəzrin kimi bir övladı Mərdana etibar edirəm".


Etiketlər:  görüşdük yerdə əyləşdik hiss etdim Xalq artisti kürəkəni haqqında


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ