Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qvardiola “Siti” ilə “Bavariya”nı səhv saldı - Video

Qvardiola “Siti” ilə “Bavariya”nı səhv saldı -  Video

Tarix: 4 Dekabr 2019 17:00

İngiltərə Premyer Liqasının 15–ci turunda “Börnli” – “Mançester Siti” oyunundan (1:4) sonra qonaqların baş məşqçisi Pep Qvardiolanın mətbuat konfransında maraqlı anlar yaşanıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis matçı dəyərləndirərkən “Mançester Siti” əvəzinə “Bavariya”nın adını çəkib. 

“Həmişə Rodri bizə kömək edir, düşünürəm ki, “Bavariya”....  daha doğrusu “Mançester Siti” onu almaqda düzgün hərəkət edib. “Bavariya” nə idi? Mən nə düşündüyümü bilmirəm”(gülür).

Qeyd edək ki, Pep Qvardiola 2013-2016-cı illərdə “Bavariya”nı çalışdırıb.


 


Etiketlər:  Qvardiola Siti ilə Bavariyanı səhv saldı Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ