Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2019 17:24
"Belə oyunlarda ən çətin məsələ futbolçuları matça kökləmək olur. Fikrimcə, bizdə də bu, pis alınmadı".
Qol.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qaradağ Lökbatan”a 4:0 hesabı ilə qalib gəldikləri matçda sonra keçirilən mətbuat konfransında deyib:
O, vurduqları ilk qola qədər komandada psixoloji gərginliyin olduğunu da bildirib:“Birinci qoladək bir qədər psixoloji gərginlik var idi Hesabı açandan sonra işlər qaydasına düşdü, daha çox hücum etməyə başladıq. Bunun da nəticəsində bizi qane edən hesabla qələbə qazandıq".