Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağadadaş Ağayevlə bağlı qərar verildi - FOTOlar

Ağadadaş Ağayevlə bağlı qərar verildi - FOTOlar

Tarix: 14 Noyabr 2024 23:25

23:19

Xalq artisti Ağadadaş Ağayevin ölkədən çıxışına müvəqqəti qadağa qoyulub.

Sonxeber.net Unikal-a istinadən xəbər verir ki, bu barədə Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar verilib

Qərara əsasən, Dövlət Vergi Xidmətinin (DVX) Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsinin iddiası təmin edilib və müğənninin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulub. Yalnız vergi borcları ödəndikdən sonra DVX həmin qadağanı aradan qaldıra bilər.

Qeyd edək ki, bu gün Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

15:17
----------

Xalq artisti Ağadadaş Ağayev məhkəməyə gəlib.

Sonxeber.net xəbər verir ki, cinayət işi ilə əlaqədər təqsirləndirilən Ağadadaş Ağayev Binəqədi rayon Məhkəməsinə gəlib.

Qeyd edək ki, Ağadadaş Ağayevin balta atdığı "Medera Hospital"ın mühafizəçisi Nurəddin Cəlilov və baltanın nəzərdə tutulan hədəfdən yayınaraq dəydiyi təmizlikçi Nəzakət Paşayeva zərərçəkmiş qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.


Etiketlər:  Ağadadaş Ağayevlə bağlı qərar verildi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ