Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Birinci dəstənin ən döyüşkən komandası ilə qarşılaşdıq'' - Ayxan Abbasov

''Birinci dəstənin ən döyüşkən komandası ilə qarşılaşdıq'' - Ayxan Abbasov

Tarix: 4 Dekabr 2019 20:00

"Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində "Zaqatala"ya 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Qol.az-ın klubun mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, o, matçla bağlı bildirib:

 "İlk öncə bu soyuq havada bizi dəstəkləyən azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu cür havaya rəğmən onlar bu gün bizi tək buraxmadılar. Birinci dəstənin ən döyüşkən futbol oynayan komandası ilə qarşılaşacağımızı bilirdik. Biz də oyuna ciddi hazırlaşmışdıq. Premyer Liqada az forma şansı əldə edən futbolçularımıza da bu gün şans verdik. Əsas məqsədimiz turu keçmək idi ki, bunu da bacardıq. Artıq bu oyunu unudub, qarşıdan gələn matçlara hazırlaşmalıyıq".

 


Etiketlər:  Birinci dəstənin döyüşkən komandası ilə qarşılaşdıq Ayxan Abbasov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ