Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yer kürəsini böyük təhlükə gözləyir - Adil Qeybulla açıqladı

Yer kürəsini böyük təhlükə gözləyir -  Adil Qeybulla açıqladı

Tarix: 18 Noyabr 2024 20:32

COP29 çərçivəsində keçirilən tədbirlərdə iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri də müzakirə olunur. Qeyd olunub ki, iqlim dəyişikliyi hər kəsin, xüsusilə də uşaqların sağlamlığı üçün böyük riskdir. Niderlandın gənclər və idman naziri Vinsent Karremans COP29 çərçivəsində "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda keçirilən birgə iclasda çıxışı zamanı deyib ki, sağlamlıq və iqlim dəyişikliyi arasında çox əhəmiyyətli əlaqə var. O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə apararkən və emissiyaları azaldarkən insan sağlamlığına da nəzər yetirmək lazımdır: "Misal olaraq, Avropanın ən böyük limanı olan Rotterdamda güclü yağış və ekstremal istiliklə mübarizə aparmaq üçün daha çox "yaşıl" infrastruktur üzərində işləyirik. Yaşıllıqların çox olmasının böyük faydası var. Çünki bu, təmiz hava yaradır, insanları idmanla məşğul olmağa, uşaqları oynamağa, qaçmağa sövq edir. Bu gün Niderlandın Səhiyyə Nazirliyi bu istiqamətdə layihələri maliyyələşdirir və dəstəkləyir, çünki bu, iqlim dəyişikliyi ilə mübarizədə çox aktual məsələdir", - deyə niderlandlı nazir vurğulayıb. 


Etiketlər:  kürəsini böyük təhlükə gözləyir Adil Qeybulla açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ