Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 02:40
Bakı. Trend:
"İnstagram" xidmətin keyfiyyətini artırmaq üçün sosial şəbəkədə qeydiyyatdan keçərkən istifadəçi yaşını soruşacaq.
Trend-in məlumatına görə, bu barədə "İnstagram" sosial şəbəkəsi məlumat yayıb.
Qeyd edilir ki, məlumat digər istifadəçilər üçün əlçatan olmayacaq və "hesabların idarə edilməsinin öyrənməsi" və gənc istifadəçilər üçün tövsiyə olunan gizlilik parametrlərini təkmiləşdirmək üçün istifadə olunacaq.
Bundan əlavə, yeni tələb istifadəçiyə mesaj göndərə biləcəklərinin siyahısını idarə etmək üçün kömək etməyə xidmət edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin