Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2019 10:16
Azərbaycanlı keçmiş futbolçu İqor Ponomaryov futbolumuzu tənqid edib.
Qol.az xəbər verir ki, o deyib:
"Yığmanın qrupu cəmi 1 xalla başa vurması ölkə futbolu adına böyük minusdu. 18-19 ildə beynəlxalq səviyyədə oynaya biləcək bir futbolçu belə yetişməyib. Niyə yaxşı futbolçular yetişmir? Niyə heç kim soruşmur ki, nə baş verir? Niyə? Çünki biz nə edirik? Gündə bir akademiya açırıq. "Mançester Yunayted" məktəbi, o biri, bu biri. Hə, nə olsun? Hanı o akademiyalardan çıxan uşaqlar? Bu gün çempionatımızın səviyyəsi hansı vəziyyətdədi? Bu məqam təmsilçilərimizin avrokubok matçlarında özünü açıq-aşkar göstərir. Ölkənin imkansız vaxtlarında çempionatda 16, 18 komanda iştirak edirdi. Indi şərait yaxşılaşıb, ölkənin vəziyyəti düzəlib, elitada cəmi 8 komanda çıxış edir. Yatıb-durursan, yenə "Qarabağ", "Səbail", "Neftçi" ilə oynamalısan" ("Futbol+" qəzeti).