Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2024 07:42
07:39
Xüsusi təyinatlılar Tbilisidə parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.
--------
00:56
Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiya qanundan kənara çıxıb, nümayişçilər infrastruktura ziyan vurur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, polis vəziyyəti stabilləşdirmək üçün xüsusi vasitələrdən istifadə edib.
Daxili İşlər Nazirliyi vətəndaşları hüquq-mühafizə orqanları əməkdaşlarının göstəriş və tələblərinə tabe olmağa çağırır, əks halda qanuni tədbirlər görüləcək.
-----------
23:33
Tbilisidə polis parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə etməyə başlayıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.
Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər.
22:48
Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə qurumun açıqlamasında deyilir.
"Aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, həmçinin elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, bir polis yaralanıb", - məlumatda deyilir.
-----
Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.
Ərazidə gərginlik hökm sürür.
Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.