Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2024 15:22
Gürcüstanlı futbolçu, İtaliyanın "Napoli" klubunun cinah hücumçusu Xviça Kvaratsxeliya Gürcüstanda baş verən kütləvi iğtişaşlar və etiraz aksiyaları fonunda öz vətəndaş mövqeyini ifadə edib.
Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, tanınmış futbolçu Gürcüstanın Avropaya inteqrasiyasının tərəfdarı olduğunu vurğulayıb:
"Ölkəmizdə baş verən hadisələri izləyirəm və bir vətəndaş kimi fikrimi bildirmək istəyirəm. Gürcü xalqının Avropa yolunda irəliləmək istəyi və iradəsi bizim tarixi seçimimizdir, yeganə düzgün seçimdir və bu yoldan geri dönmək olmaz. Bu ölkə xalqa məxsusdur və heç kim xalqın iradəsindən üstün deyil.
Siz ölkənizə zərər verirsiniz, xalqınıza ağrı yaşadırsınız, bu videoların necə geniş yayıldığını izləmək mənim üçün çox ağrılı və emosionaldır. Zorakılığı və təcavüzü dayandırın! Gürcüstan bu gün heç vaxt olmadığı kimi Avropanı haqq edir!"