Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mehriban Xanlarova məni polisə verib'' - FOTO

''Mehriban Xanlarova məni polisə verib'' - FOTO

Tarix: 6 Dekabr 2024 15:50

"Məni polisə verib. Uşaqpulu, sosial kartımın hamısı Mehriban Xanlarovanın əlindədir. Həmin pulu uşaqlarımın təhsilinə, yeməyinə xərcləyir. Övladım telefonumla oynayanda bilmədən əli dəyib və tətbiq vasitəsi ilə bankdan kredit götürülüb. Sonra da həmin pula TikTok-da jeton alıb. Gecə ilə bizim evimizə gəlib kartları üstümə atdı ki, kredit götürmüsən". 

Sonxeber.net bildirir ki, bu sözləri Axşam.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarovanın övladlığa götürdüyü bacısı qızı Aysel Xanlarova deyib. Aysel xalasının efirdə onun haqqında verdiyi açıqlamaya aydınlıq gətirib. O bildirib ki, insanlar gerçəkləri bilmədən onu tənqid edirlər:

"Mənə dedi ki, kartdan pul oğurlanıb, gedək polisə ərizə yazaq. Amma sən demə, məni polisə şikayət edib, aparır ki, izahat yazım. Guya, pulu mən götürüb, xərcləmişəm. 

Özüm ətir reklamına dəvət edirlər gedirəm, parfum mağazalarından sifariş qəbul edirəm, TikTok-da canlı yayımaçıb orada jeton atırlar, 100 manat olanda çıxardıb xərcləyirəm. Halal yolla çalışıb, pul qazanıram. Heç vaxt zəng vurub deməmişəm ki, acam".

Aysel bildirib ki, 12 yaşında M.Xanlarovanın anası yox, xalası olduğunu öyrənib:

"Mənim anam idinsə niyə 12 yaşımda mənə deyirdin ki, xalanam, anan deyiləm. Sona kimi analığı edərdin. Uşaqlarımı qəbiristanlığa aparıb deyir ki, nənəniz mən yox, bu qadındır. Uşaqların psixologiyası pozulur". 

Qeyd edək ki, M.Xanlarova Ayseldən rəsmi imtina etdiyini açıqlayıb. O bildirib ki, 35 ildir analıq etdiyi bacısı qızını bağışlamayacaq. 


Etiketlər:  Mehriban Xanlarova məni polisə verib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ