Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq artisti: “Ermənilər bunu eşidib həyasızlıq saldılar”

Xalq artisti: “Ermənilər bunu eşidib həyasızlıq saldılar”

Tarix: 8 Dekabr 2024 11:48

"Azərbaycanlıları öz musiqimizə yiyə durmağa çağırıram. Bizim çox gözəl musiqilərimiz var. Mən Əqli Mülkiyyət Agentliyinin müəllif hüquqlarının məsləhətçisiyəm. Mərhum müğənnimiz Şövkət Ələkbərovanın oxuduğu bir çox mahnıları ermənilər mənimsəyiblər. "Çırpınırdı Qara dəniz" mahnısını Avraam Russo erməni dilində ifa edib. Ermənilər bizim yüzlərlə mahnılarımızı oğurlayıb ifa edirlər".

Sonxeber.net bildirir ki, bu sözləri Xalq artisti, bəstəkar Faiq Sücəddinov qonaq olduğu "İncə səhər" verilişində deyib.

Sənətkar ermənilərin yüzlərlə mahnılarımızı öz adlarına çıxararaq oxumaqlarından söz açıb:

"Ermənilər indi yazılan deyil Azərbaycanın xalq və bəstəkar mahnılarını öz adlarına çıxarıb, oxuyurlar. Yunanıstanda olarkən eşitdim ki, ermənilər yenə bizim mahnımızı erməni dilində oxuyurlar. Yaxınlaşıb dedim ki, bu bəstə Tofiq Quliyevindir. Ermənilər bunu eşidib başladılar qışqırıb, həyasızlıq salmağa. Mahnılara yiyə çıxmaq lazımdır. Deməyəndə ki, bu mənimdir onu götürüb aparırlar. Buna görə də diqqətli olmaq lazımdır. Bizim mahnıları təkcə ermənilər deyil, gürcülər, yəhudilər də toylarda ifa edirlər. Onlara demək lazımdır ki, bu bizim mahnımızdır. Biz bunlardan agah olmalıyıq ki, bu bizim sərvətimizdir". /olay.az


Etiketlər:  Xalq artisti Ermənilər bunu eşidib həyasızlıq saldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ