Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2024 05:02
Qobustanın Sündü kəndində vətəndaşın satıcısı olmayan mağaza ideyası reallaşıb.
Sonxeber.net xəbər verir ki, ideya Cabir Ağaverdiyevə məxsusdur.
O, bir gün özünə pay verilən narı başqaları ilə paylaşmaq qərarına gəlib. Evinin yaxınlığında piştaxta qurub və işə başlayıb.
"Pulunuz varsa, ödəyin, yoxdursa, halal xoşunuz olsun" deyib. Narla başlayan bu kiçik, xeyirxah biznesini indi bir qədər böyüdüb də. Hər səhər müxtəlif meyvələri piştaxtaya qoyur, yığılan pulu isə günlər sonra götürür. Fərqli ticarət növü tapan Cabir Ağaverdiyevin satıcısız mağazasına maraq yerli əhali tərəfindən də alqışlanır.
Onlar bu kimi mağazaların gələcəkdə də çox olmasını arzu edirlər.