Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lotereyada 33 milyon udan kişi infarktdan öldü

Lotereyada 33 milyon udan kişi infarktdan öldü

Tarix: 12 Dekabr 2024 14:50

Noyabr ayında 202 milyon Braziliya realı (33,5 milyon ABŞ dolları) qazanan braziliyalının diş müalicəsi zamanı qəfil ürəyi dayanıb.

Sonxeber.net xarici KİV-ə istinadla bildirir ki, Mato Qrosso ştatının Cuiaba şəhərindən olan 73 yaşlı Antonio Lopez Siqueyra noyabrın 9-da keçirilən milli lotereyada böyük məbləğdə udub. Onun cekpotu ölkə tarixindəki ən böyük 10 cekpot arasında olub. Zəngin oyunçu əvvəlcə dişlərini bərpa etməyə başlayıb.

Kişi bir həftə stomatoloji klinikada olub və sonuncu dəfə dekabrın 4-də, çərşənbə günü orada infarkt keçirib. Hadisə yerinə gələn təcili yardım həkimləri onu xilas edə bilməyiblər. Siqueyra bununla da sadəcə bir aydan az müddətdə multimilyonçu oldu.

Hazırda polis araşdırmalarını davam etdirir və hadisənin konkret nədən baş verdiyini öyrənməyə çalışır. Siqueyranın diş müalicəsi apardığı klinika istintaqla tam əməkdaşlıq etdiyini bildirib. Onlar ölən müştərinin ailəsinə də dəstək olduqlarını bildiriblər.

Lotereya təşkilatçısının dediyinə görə, Siqueyra uzun illər ərzində hər həftə Milli Lotereya biletləri alıb və hər dəfə zarafatla bir gün mütləq qalib gələcəyini deyib. /Lent.az


Etiketlər:  Lotereyada milyon udan kişi infarktdan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ