Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Dekabr 2024 11:56
Rusiya Suriyaya görə danışıqlara başlayıb.
Sonxeber.net xarici mətbuata istinadla xəbər verir ki, keçirilən görüşdə Suriyada Rusiyaya ayrılan dəniz və hava bazaları məsələsi müzakirə olunub.
Moskvada jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi və xarici işlər nazirinin müavini Mixail Boqdanov Suriyadakı son hadisələrlə bağlı mühüm açıqlamalar verib.
Suriyada Əsəd rejiminin devrilməsindən sonra qurulan müvəqqəti administrasiya ilə əlaqə qurduqlarını bildirən Boqdanov "Paytaxt Dəməşqdə fəaliyyət göstərən siyasi komitə ilə əlaqə qurulub. Diplomatik nümayəndələrlə də görüşülüb" sözlərini deyib.
Bu danışıqlarda ilk növbədə Rusiyanın Suriyadakı diplomatik nümayəndəliklərinin və Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə həsr olunduğunu bildirən Boqdanov təmasların müsbət istiqamətdə irəlilədiyini və verilən vədlərin yerinə yetiriləcəyinə ümid bəslədiklərini bildirib.
Boqdanov Suriyadakı Rusiya hərbi bazalarının vəziyyətinə də toxunaraq, "Bazalar Suriya ərazisində qalır. Hələlik bu mövzuda başqa bir qərar verilməyib. Bu bazalar Suriya rəhbərliyinin tələbi ilə orada yerləşdirilib. Məqsədimiz terrorçulara qarşı mübarizə aparmaq idi, İŞİD-in vəziyyətindən hamı xəbərdardır.Onlar onun qalıqlarına qarşı mübarizənin bitmədiyinə razıdırlar. Bu birgə səyləri gücləndirmək lazımdır" - sözlərini deyib.