Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2024 09:52
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi üzrə növbəti qərarını 18 dekabr tarixində elan edəcək.
Sonxeber.net xəbər verir ki, bu barədə AMB-nin 2024-cü il üçün pul-kredit siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildirilib.
Qeyd edək ki, AMB noyabrın 1-də uçot dərəcəsini dəyişməz saxlayaraq 7,25 faiz səviyyəsində qərarlaşdırmışdı.
Faiz dəhlizinin yuxarı və aşağı hədləri də müvafiq olaraq 8,25 faiz və 6,25 faiz səviyyəsində dəyişməz qalıb.