Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2024 08:20
Müğənni Parəstə Əhmədi sosial şəbəkədə yayımladığı videoya görə İran hakimiyyətinin təqibi altındadır.
Sonxeber.net xəbər verir ki, müğənni bir neçə gün öncə hicabsız konsertinin videosunu yutubda yayımladığına görə saxlanılsa da, sonradan azad edilib.
Video qısa müddətdə yüzminlərə baxış toplayıb və İranda qadınların hicaba qarşı etirazlarının yeni simvoluna çevrilib.
Dekabrın 11-də Əhmədi konsertə bu açıqlama ilə başlayıb:
"Sevdiyim insanlar üçün mahnı oxumaq istəyirəm. Bu, etinasızlıq edə bilməyəcəyim bir hüquqdur - çox sevdiyim ölkə üçün mahnı oxumaq".
Videoda Parəstə hicabsız, dekolteli libasda, uzun dağınıq saçları ilə görünür. 27 dəqiqə davam edən konsertdə yeddi mahnı ifa edib, həmçinin konsertin "xəyali" olduğunu bildirib.
Konsert köhnə karvansarada baş tutub, amma dəqiq yeri məlum deyil.
İranda yutub bloklansa da, müğənninin performasına ilk gündə 150 000 baxış olub. O vaxtdan bəri bu rəqəm 2 milyonu keçib.
İran hakimiyyəti bundan sonra müğənnini təqib etməyə başlayıb. /teleqraf.com
Videonu təqdim edirik: