Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2024 19:30
ABŞ-ın dövlət katibi Antoni Blinken Vaşinqtonun son 20 ildə İranda hakimiyyəti dəyişdirmək üçün etdiyi uğursuz cəhdlər barədə danışıb.
Sonxeber.net xarici mediaya istinadla xəbər verir ki, Blinken ABŞ-ın İran xalqını dəstəkləmək məqsədilə əhəmiyyətli vəsait sərf etdiyini və bununla ölkənin daxili siyasətinə təsir göstərməyə çalışdığını qeyd edib. Lakin ölkə xaricindən bu cür müdaxilələrin çətin olduğunu və nəticədə uğursuz olduğunu vurğulayıb.
Dövlət katibi ABŞ-ın İran məsələsində kənardan müdaxilə etmə cəhdlərinin ehtiyatla yanaşılması lazım olduğunu bildirib. Hazırda Vaşinqton və Tehran arasında diplomatik əlaqələrin tamamilə olmadığını da açıqlayıb.