Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2024 18:42
"Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları" təsdiq edilib.
Sonxeber.net xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Bu Qaydalar Azərbaycan Respublikası Rəqabət Məcəlləsinə uyğun olaraq hazırlanıb və rəqabət komissiyasının formalaşdırılması, hüquq və vəzifələri, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, iclas protokollarına və qəbul etdiyi qərarlara dair tələbləri müəyyən edir.
Bu Qaydalarda istifadə olunan anlayışlar Məcəllədə və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.