Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ onu beynəlxalq axtarışa verdi

ABŞ onu beynəlxalq axtarışa verdi

Tarix: 23 Dekabr 2024 18:10

ABŞ Suriyanın Hərbi Hava Qüvvələrinin Kəşfiyyat İdarəsinin sabiq rəisini beynəlxalq axtarış verib.

Sonxeber.net xəbər verir ki, bu barədə "İnterpol"un saytında məlumat yerləşdirilib.

Bildirilib ki, Bəşər Əsədin müşaviri vəzifəsində çalışmış 1952-ci il təvəllüdlü Jamil Hassan müharibə cinayətlərində ittiham olunub.

ABŞ məhkəmələri tərəfindən Jamil Hassan barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Tutularaq ABŞ-a təhvil verilməsi ilə bağlı "İnterpol"a müraciət olunub.

Qeyd edək ki, 2024-cü il dekabrın 9-da Suriyada Əsəd rejiminin devrilməsindən sonra ABŞ Ədliyyə Departamenti Jamil Hassanı "Amerikalılara və digər mülki şəxslərə qarşı müharibə cinayətləri törətməkdə" ittiham edib. /Report


Etiketlər:  ABŞ beynəlxalq axtarışa verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ