Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır - Vüsal Qasımlı

Biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır - Vüsal Qasımlı

Tarix: 6 Dekabr 2019 12:03

Bakı. Eldar Canaşvili - Trend:

“Deloitte” şirkətinin sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən və illik dövriyyəsi 100 milyon dollardan çox olan şirkətlərin 87 faizi gəlirlərinin daha da artacağını hesab edir.

Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

İcraçı direktor bildirib ki, rəyi soruşulan şirkətlərin 75 faizi isə 2019-cu ildə Azərbaycanı əlverişli investisiya məkanı kimi qiymətləndirib.

Onun sözlərinə görə, bu, onu göstərir ki, biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır.

V.Qasımlı qeyd edib ki, Azərbaycan Dünya Bankının “hökumətin səmərəliliyi” göstəricisinə görə, 2007-2018-ci illərdə regionda daha çox irəliləyişə nail olub, çünki Azərbaycanda islahatlar BMT-nin dayanıqlı inkişaf məqsədlərinə, yaxşı idarəetmə və açıq hökumət prinsiplərinə uyğundur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Biznes ictimaiyyəti Azərbaycanda islahatlar kursuna inanır Vüsal Qasımlı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ