Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2024 21:46
Ermənistanın baş naziri Nikol Paşinyan və Belarus Prezidenti Aleksandr Lukaşenko Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammiti zamanı növbəti iclasda Ermənistan nümayəndə heyətinin iştirak formatı barədə mübahisə ediblər.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, mübahisə Paşinyanın Ermənistan nümayəndə heyətinin 2025-ci ilin mayında Minskdə Ali Avrasiya İqtisadi Şurasının növbəti iclasında distant formatda iştirak edəcəyini deməsindən sonra başlayıb.
"Sizin probleminiz nədir, Minsk bu qədər uzaqdır və sizi aparan yoxdur? Əgər lazımdırsa, biz sizi apararıq", - deyə Lukaşenko hiddətlənib.
Paşinyan cavab verib ki, o, "bu məsələ ilə bağlı artıq açıq bəyanat verib və bu bəyanat qüvvədə qalır".
Qeyd edək ki, Ermənistanın baş naziri koronavirusa yoluxduğu üçün Aİİ-nin hazırkı sammitində videobağlantı vasitəsilə danışıb. Lukaşenko tədbirdə şəxsən iştirak edib.