Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2024 14:46
Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçerin kimliyi məlub olub.
Bu şəxs "Terek" (indiki "Axmat") klubunun keçmiş futbolçusu Əli İdrisovdur. Rusiya mətbuatının yazdığına görə, Əli İdrisov artıq istintaqa cəlb olunub.
Sonxeber.net AZAL təyyarəsini Çeçenistan hava məkanında istiqamətləndirən Əli İdrisovla bağlı araşdırma aparıb.
Beləliklə, Əli İdrisov kimdir?
Milli mənsubiyyətinə görə azərbaycanlı olan Əli İdrisov 1970-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından furtbola maraq göstərən Əli idrisov müdafiəçi mövqeyində çıxış edib. O, əsasən "Terek" (indiki "Axmat") futbol klubunun şərəfini qoruyub.
Əli İdrisov həmçinin Azərbaycanın futbol üzrə milli komandasında da da çıxış edib.
Futbolçu karyerası bitdikdən sonra Əli İdrisov, məşqçi və idarəçi kimi idman sahəsində fəaliyyətini davam etdirib. O, futbolla vidalaşdıqdan sonra Qroznı aeroportunda dispetçer kimi çalışmağa başlayıb. /savashmedia.az
---------
12:27
Azərbaycan Hava Yollarına məxsus təyyarəni Çeçenistan hava məkanında istiqamətəndirən dispetçer - "Terek" (indiki "Axmat") klubunun keçmiş futbolçusu Əli İdrisov ifadə verib.
Sonxeber.net xəbər verir ki, məlum olub ki, faciə zamanı təyyarəni idarə edən dispetçer Ramzan Kadırovun sevimli klubu "Terek"in (indiki "Axmat") keçmiş futbolçusu Əli İdrisovdur. O, dünən axşam dindirilib. İdrisov əmin edir ki, o, təyyarə eniş zamanı hava hücumundan müdafiə sisteminin işindən xəbəri olmayıb və "Xalça" planı barədə fövqəladə vəziyyətdən beş dəqiqə sonra məlumat alıb. İddialara görə, o, təyyarə heyətinin hesabatına əsaslanaraq, hadisənin özünü sona qədər quş zərbəsi kimi qiymətləndirib.
VÇK-OGPU Qroznıdan olan dispetçerin "Bakı-Qroznı" reysi ekipajı ilə danışıqlarından fraqmentlər olduğu iddia edilən stenoqram yayıb.
08:16:05 e: Bizdə idarəetmə sıradan çıxdı, kabinədə quş zərbəsi oldu. Kabinədə quş zərbəsi (naməlum).
08:16:16 d: AXY8243, başa düşdüm, sizə hansı kömək lazımdır?
08:16:41 e: Mineralnı Vodı hava şəraiti necədir, kömək edin, zəhmət olmasa....
Dispetçer Əli İdrisovdan başqa, Qroznı aerodromunun uçuş direktoru Camlayl Bakanayev də dindirilib.
Bakanayev əmin edib ki, bütün sistemlər işlək vəziyyətdədir və xidməti vəzifələri çərçivəsində onun tərəfindən yoxlanılıb. Uçuş direktoru kimi o, həmin vaxt Bakı-Qroznı reysinin enməsi üçün heç bir maneə görməyib.
"Nəzərinizə çatdıraq ki, hava limanına yaxınlaşarkən təyyarə GPS sensorlarından, rabitədən gələn siqnalı itirdi və pilotlar gəmini demək olar ki, kor-koranə idarə etməli oldular", - deyə direktor bildirib.
"Xalça" planının tətbiqi barədə məlumat artıq gec olanda uçuş direktoru tərəfindən alınıb. Bunu Cəmlayl Bakanayev də təsdiqləyib. /Unikal