Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır

Fransa hərbçiləri daha bir Afrika ölkəsindən çıxarılır

Tarix: 1 Yanvar 2025 08:50

Kot-d'İvuar Respublikasının Prezidenti Alassane Uattara Fransa hərbçilərinin ölkədən çıxarılacağını elan edib.

Sonxeber.net xəbər verir ki, bu barədə Kot-d'İvuarın rəhbəri xalqa müraciətində deyib.

"Kot-d'İvuarlılar öz silahlı qüvvələrinin modernləşdirilmiş vəziyyəti ilə fəxr etməlidirlər. Bu kontekstdə biz fransız qoşunlarının koordinasiyalı və mütəşəkkil şəkildə çıxarılmasına qərar verdik",- deyə o, söyləyib.

Fransa Kot-d'İvuar da daxil olmaqla Qərbi və Mərkəzi Afrikadakı hərbi mövcudluğunu təxminən 2200 əsgərdən 600-ə qədər azaltmağı planlaşdırır.

Bundan əvvəl Seneqal Prezidenti Bassiru Diomay Fay da 2025-ci ildə Fransa və digər xarici qoşunları ölkədən çıxarmaq niyyətində olduğunu açıqlamışdı. /Report


Etiketlər:  Fransa hərbçiləri daha Afrika ölkəsindən çıxarılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ