Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zaxarovadan Blinkenə cavab

Zaxarovadan Blinkenə cavab

Tarix: 4 Yanvar 2025 22:36

ABŞ dövlət katibi Antoni Blinken ölkəsinin Kiyev hakimiyyətini hələ Ukraynada müharibə başlamamışdan qabaq silahla təchiz etdiyini açıqlayıb.

Sonxeber.net xəbər verir ki, o bu barədə "The New York Times"a müsahibəsində deyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə "Ria Novosti"yə müsahibəsində Blinkenin bu bəyanatını şərh edib.

"ABŞ və Britaniya tərəfindən Ukraynanın silahlarla təchiz olunması və Rusiya sərhədlərini pozaraq Qara dənizdə NATO-nun saysız-hesabsız təlimləri və Qərb ölkələrinin hərbi təyyarələrinin bizim hava məkanımıza təhlükəli yaxınlaşması haqqında uzun illərdir deyirik. Əslində, buna görə də xüsusi hərbi əməliyyatın məqsədlərindən biri Ukraynanı demilitarizasiya etmək və ölkəmizin təhlükəsizliyini təmin etməkdir", - Rusiya XİN sözçüsü vurğulayıb. (qafqazinfo)


Etiketlər:  Zaxarovadan Blinkenə cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ