Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda 4 milyon insan ölümlə üz-üzə - həyəcan təbili

İstanbulda 4 milyon insan ölümlə üz-üzə - həyəcan təbili

Tarix: 6 Yanvar 2025 07:42

16 milyon insanın yaşadığı İstanbulun yerləşdiyi Mərmərə dənizi bölgəsində baş verə biləcək zəlzələ nəticəsində 4 milyona yaxın insan həlak ola bilər.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu proqnozla Türkiyənin aparıcı seysmoloqu Naci Görür çıxış edib.

"Metropolisin dörd milyona yaxın sakini mümkün zəlzələ qarşısında ölümlə üz-üzədir. Maddi itkilər ağlasığmazdır. İstanbulun aidiyyəti qurumları belə şəhərdəki binaların 60%-dən çoxunun zəlzələyə davamlı olmadığını etiraf edirlər. İstanbuldakı zəlzələ bizi yıxacaq, zarafat etmirəm, əgər Mərmərə bölgəsi dağılarsa, bütün Türkiyə diz çökəcək", - "Haber Global" alimin sözlərindən sitat gətirib.

O qeyd edib ki, Mərmərə dənizi bölgəsində 10 ildir ki, tektonik qırılmaların tədqiqi aparılır.


Etiketlər:  İstanbulda milyon insan ölümlə üzə həyəcan təbili


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ