Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2025 00:51
"Beş yaşa qədər uşaqlar, 65 yaşdan yuxarı insanlar və immun çatışmazlığı olan şəxslər metapnevmovirus infeksiyasını ağır keçirə bilərlər. Buna görə də, onlar risk altındadır," - deyə Rusiyanın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş ştatdankənar mütəxəssisi, professor Vladimir Çulanov bildirib.
Sonxeber.net "RİA Novosti"yə istinadən xəbər verir ki, metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyaları kimi özünü göstərir. Onun əsas simptomları öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı və səsin boğulmasıdır. Yetkinlərdə xəstəlik bəzən simptomsuz keçə bilər.
Mütəxəssis əlavə edib ki, metapnevmovirus dünyanın hər yerində geniş yayılıb və kəskin respirator virus infeksiyalarının əsas patogenlərindən biridir.
Qeyd edək ki, Çinin şimal əyalətlərindəki xəstəxanaların əksəriyyəti uşaq və yeniyetmələrdən ibarət metapnevmovirus xəstələri ilə doludur. Xəstəlik COVID-19-a bənzər simptomlarla müşahidə olunur: boğaz ağrısı, öskürək, zəiflik, başgicəllənmə və titrəmə.Ümumilikdə isə xəstəlik yüngül keçir, lakin immun sistemi zəif olan şəxslərdə bronxit və pnevmoniya riskini artırır.