Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2025 13:42
Yaponiyada 6 maqnitudalı zəlzələ olub.
"Sonxeber.net" xəbər verir ki, bu barədə TASS Yaponiyanın Milli Meteorologiya İdarəsinə istinadən məlumat yayıb.
Zəlzələnin episentri Sakit okeandakı ucqar Tori adalarında, ocağı isə 420 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.